PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

ÜST: Pandemiya bitir
Xəbər

ÜST: Pandemiya bitir

APA xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. “İndi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”, - o qeyd edib.

Mərkəzi Bankının valyuta ehtiyatları fevralda azalıb
Iqtisadiyyat

Mərkəzi Bankının valyuta ehtiyatları fevralda azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. PRA.az AMB-yə istinadla xəbər verir ki, bu il martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 43,8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 17,6 milyon dollar azdır.

Azərbaycanda pul bazası artıb
Iqtisadiyyat

Azərbaycanda pul bazası artıb

Bu ilin mart ayının 1-nə Azərbaycanda pul bazası 17 248.7 milyon manata yüksəlib. PRA.az barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Azərbaycanda pul bazası ötən ay ilə müqayisədə 2% artıb, illik müqayisədə isə 24% artıb.

Tıxacdan boğulan Bakıda metro stansiyaların tikintisi  niyə ləngiyir?
Cəmiyyət

Tıxacdan boğulan Bakıda metro stansiyaların tikintisi niyə ləngiyir?

Tıxac problemindən xroniki əziyyət çəkən və son bir həftədə sözün əsl mənasında tıxanan Bakı üçün bu məlumat çox aktualdır. Metro stansiyaların tikintisi Bakıda niyə ləngiyir, Bakı ətrafına elektrik qatarları niyə işləmir? Qeyd edək ki, son 30 ildə Bakıda cəmi 7 stansiya istifadəyə  verilib ki, onların da təxminən yarısı Sovetlərin dağılma dövründə konservasiya edilmişdi.

İşsizlər bu halda - ÖDƏNİŞ ALA BİLƏR
Cəmiyyət

İşsizlər bu halda - ÖDƏNİŞ ALA BİLƏR

Bu günlərdə sosial şəbəkələrdə işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama vermişdi və bunun həqiqəti əks etdirmədiyi vurğulanmışdı. Açıqlamada hazırda “Məşğulluq haqqında” qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növünün mövcud olmadığı, yalnız işsizlikdən sığorta ödənişi adlı sosial təminat növü olduğu qeyd edilmişdi.

Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? – DETALLI İZAH
Xəbər

Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? – DETALLI İZAH

“Son günlər sosial şəbəkə vasitəsi ilə hər gün çoxsaylı sualların ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdik ki, bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir”.

Azərbaycanda ixrac üçün potensialı olan 100-dən çox məhsul müəyyənləşdirilib
Iqtisadiyyat

Azərbaycanda ixrac üçün potensialı olan 100-dən çox məhsul müəyyənləşdirilib

Azərbaycanda milli ixrac strategiyasının təsdiq edilməsi 2023-cü ilin ikinci rübündə gözlənilir. "Report"xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Martda 14 gün İŞ OLMAYACAQ
Xəbər

Martda 14 gün İŞ OLMAYACAQ

Mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq. Martın 8-i Qadınlar günü kimi qeyd olunur və Qadınlar günü iş günü hesab edilməyən bayramlardandır.

Qızılcaya yoluxmada kəskin artım var
Xəbər

Qızılcaya yoluxmada kəskin artım var

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.