PRESS REVIEW — PRA.AZ
Xəbər

Qızılcaya yoluxmada kəskin artım var

Qızılcaya yoluxmada kəskin artım var

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb. 

ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla, peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb. 

Bu xəbəri bəyəndiniz?
Paylaş: