PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

İşğaldan azad edilmiş rayonlara – BİR İLDƏ 4 MİLYARD MANAT YATIRILIB
Xəbər

İşğaldan azad edilmiş rayonlara – BİR İLDƏ 4 MİLYARD MANAT YATIRILIB

FED.az xəbər verir ki, bu ölkə üzrə ümumi kapital qoyuluşunun beşdə birindən artıqdır. Xatırladaq ki, 2022-ci ildə ölkəyə ümumilikdə 18,3 milyard manat vəsait yatırılıb. Bunun 10,2 milyard manatı Bakı şəhərinə sərf edilib. Başqa sözlə, Bakı şəhərini çıxmaqla, ölkənin bütün digər ərazilərinə yatırılan vəsaitlərin təqribən yarısı işğaldan azad edilən ərazilərə yatırılıb.

Lavrovun Azərbaycana səfər proqramı açıqlandı
Xəbər

Lavrovun Azərbaycana səfər proqramı açıqlandı

Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana rəsmi səfər edəcək. “Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Sergey Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Həmçinin, Lavrov xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Alatava qəsəbəsi söküləcək
Xəbər

Alatava qəsəbəsi söküləcək

Alatava 1 qəsəbəsində (Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib. FED.az xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

ABŞ bir ilə Ukraynaya 75,5 milyard dollar xərcləyib
Dünya

ABŞ bir ilə Ukraynaya 75,5 milyard dollar xərcləyib

ABŞ ötən ilin yanvarından 2023-cü ilin yanvarına qədər Ukraynaya 75,5 milyard dollar yardım ayırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Hill” qəzeti yayıb. Məlumata görə, bu məbləğin 29,3 milyard dolları hərbi yardım üçün ayrılıb.

“Qarabağ” rəqibindən nə ilə geri qaldı? - STATİSTİKA
İdman

“Qarabağ” rəqibindən nə ilə geri qaldı? - STATİSTİKA

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə Belçikanın “Gent” klubuna uduzaraq (0:1, penaltilər – 3:5), mübarizəni dayandırıb. Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi əksər statistik göstəricilərdə də rəqibindən geri qalıb.

Hansı müəllimlərin maaşları artırıldı? - Nazirlikdən AÇIQLAMA
Xəbər

Hansı müəllimlərin maaşları artırıldı? - Nazirlikdən AÇIQLAMA

Mövzu ilə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artımlar sertifikatlaşmadan keçən müəllimlərə də şamil ediləcək: “Bu, növbəti müddət ərzində əlavə artıma səbəb olacaq. 51-dən yuxarı bal toplayan müəllimlərin maaşı 35 faiz, 31-dən yuxarı bal toplayan müıllimlərin maaşı isə 10 faiz həcmində artırılır”.

PA: Daşınmaz əmlakın ilkin qeydiyyatı avtomatlaşdırılacaq
Xəbər

PA: Daşınmaz əmlakın ilkin qeydiyyatı avtomatlaşdırılacaq

Prezidentin bu il imzaladığı fərmanlarla daşınmaz əmlakın ilkin qeydiyyatı ilə bağlı və elektronlaşma ilə bağlı tapşırıq verilib. "APA-Economics" xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Rəqəmsal İdarəetmə Platforması və yeni innovativ sistemlər” mövzusunda təqdimatda çıxışı zamanı bildirib.

Azərbaycanda “Trendyol”a məhdudiyyət qoyulacaq?
Xəbər

Azərbaycanda “Trendyol”a məhdudiyyət qoyulacaq?

Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Qeyd olunur ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.

Azərbaycanda Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM
Xəbər

Azərbaycanda Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM

Azərbaycanda müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub. Bu barədə Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb. Bildirilib ki, Ramazan ayının hilalı Azərbaycan üfüqündə mart ayının 22-də görünəcək. Ramazanın ilk günü isə mart ayını 23-də olacaq.

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? - STATİSTİKA
Xəbər

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? - STATİSTİKA

2023-cü ilin yanvar ayı ərzində Azərbaycana ümumilikdə 119 094 nəfər turist gəlib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Dövlət Turizm Agentliyindən məlumat verilib. Qeyd edilib ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur. Belə ki, ötən il yanvar ayında ölkəmizə 74 057 nəfər turist səfər etmişdi.