
Əmək bazarında ən çox tələb olunan top 5 peşə sahəsi açıqlanıb - SİYAHI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı üzrə təhlil və tədqiqatlarını davam etdirir. Nazirlikdən verilən məlumata görə, Milli Observatoriya növbəti dəfə mövcud əmək bazarında ən çox tələb olunan peşə sahələrinin müəyyən olunması üzrə araşdırma aparıb.










