PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3029 xəbər tapıldı

Hazır binadan, yoxsa bünövrədən mənzil almaq: Hansı sərfəlidir?
Cəmiyyət

Hazır binadan, yoxsa bünövrədən mənzil almaq: Hansı sərfəlidir?

Yeni tikili binalarda bünövrədən (katlavandan) mənzil almaq qiymət baxımından sərfəlidir. Lakin burda “baş ağrıdan” məqamlar da az deyil. "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc “Report”a açıqlamasında bünövrədən mənzil alarkən yarana biləcək risklərdən danışıb.

Azərbaycanın dövlət borcunun məbləği açıqlandı
Iqtisadiyyat

Azərbaycanın dövlət borcunun məbləği açıqlandı

Xarici dövlət borcunun səviyyəsi 01 aprel 2023-c il tarixinə 11 milyard 355 milyonmanat təşkil edib. Daxili dövlət borcunun səviyyəsi isə 01 aprel 2023-cü il tarixinə 4 milyard 368,7 milyon manat təşkil edib. Azərbaycan dövlətinin cəmi daxili və xarici borcu 15 milyard 724 milyon manatdan çoxdur.

Bakının üç rayonunda suyun verilişində məhdudiyyət olacaq
Xəbər

Bakının üç rayonunda suyun verilişində məhdudiyyət olacaq

Bakının üç rayonunda suyun verilişində məhdudiyyət olacaq. Bu barədə Azərsu” ASC-dən bildirilib. Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar aprelin 18-də gün ərzində Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu il 610 əkiz, 45 üçəm doğulub
Xəbər

Bu il 610 əkiz, 45 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib.

Azərbaycan əhalisinin sayı açıqlanıb
Xəbər

Azərbaycan əhalisinin sayı açıqlanıb

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır
Xəbər

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib.

May ayında neçə gün iş olmayacaq?
Cəmiyyət

May ayında neçə gün iş olmayacaq?

Bu ilin may ayı üçün bayramla əlaqəli qeyri-iş günləri məlum olub. 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. 2023-сü ildə mayın 28-i həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may tarixi istirahət günüdür.

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 40 %-dən çox artıb
Xəbər

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 40 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 523,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 % çox vəsait yönəldilib. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 51,7 % artıb.

Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər
Xəbər

Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər

Azərbaycanda istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparılır. Bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.