PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3029 xəbər tapıldı

Bu icazənin rüsumu 50 manat müəyyən edildi
Xəbər

Bu icazənin rüsumu 50 manat müəyyən edildi

Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib. Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Türkiyə əhalisinin yarıdan çoxu seçkilərdə Ərdoğanın - QƏLƏBƏSİNƏ İNANIR
Xəbər

Türkiyə əhalisinin yarıdan çoxu seçkilərdə Ərdoğanın - QƏLƏBƏSİNƏ İNANIR

Türkiyə əhalisinin yarıdan çoxu dövlət başçısı postuna mayın 14-də keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağına inanır. FED.az xəbər verir ki, bu barədə məlumat ictimai rəylərin tədqiqi ilə məşğul olan “Optimar” kompaniyasının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Qiymətə görə dərmanlardan vacib elementlər çıxarılır”
Xəbər

Qiymətə görə dərmanlardan vacib elementlər çıxarılır”

“Apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur. Bununla da dərman satışı ilə məşğul olanlar gəlir əldə etmək mənafeyi güdmüş olur”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında deyib. Deputat qeyd edib ki, bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər, hətta Almaniyanın özündən 20 dəfə bahadır:

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi bu tarixdə istifadəyə veriləcək
Xəbər

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi bu tarixdə istifadəyə veriləcək

Türkiyənin pilotsuz döyüş təyyarəsi “Kızılelma” 2025-ci ildə istifadəyə veriləcək. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar açıqlayıb. Onun sözlərinə görə, hazırda “Kızılelma”nın sınaq uçuşları davam etdirilir. O bildirib ki, pilotsuz təyyarə 2023-cü ilin sonuna qədər istehsala hazır olacaq.

Bakıda bu yol məhdudlaşdırılır
Xəbər

Bakıda bu yol məhdudlaşdırılır

Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır). Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının

“İran Bakıdakı səfirini dəyişməyəcək”
Xəbər

“İran Bakıdakı səfirini dəyişməyəcək”

“İran Azərbaycandakı səfirini dəyişmək niyyətində deyil”. Musavat.com “Entekhab.ir” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani açıqlayıb.

Çinli mindən çox toyuğu qorxudaraq öldürdü
Dünya

Çinli mindən çox toyuğu qorxudaraq öldürdü

Çin sakini qonşusunun mindən çox toyuq-cücəsini qorxudan öldürüb və 6 ay müddətinə həbs olunub. Bu barədə Henqyan məhkəməsinin qərarına istinadən məlumat yayılıb.