
Sabah bu ilin ilk Günəş tutulması olacaq
Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya bildirilib ki, tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.










