PRESS REVIEW — PRA.AZ

Xəbərlər

255 xəbər tapıldı

“Bizi heç nə dayandıra bilməz” - Netanyahu
Dünya

“Bizi heç nə dayandıra bilməz” - Netanyahu

“Bizi heç nə dayandıra bilməz”. “Qafqazinfo” “The Times of İsrail” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada əsgərlərlə görüşü zamanı bildirib. Netanyahu əsgərlər və komandirlərlə danışıb: “Bizi heç nə dayandıra bilməz və əminik ki, müharibənin bütün məqsədlərinə çatmaq üçün gücümüz, iradəmiz və əzmimiz var və bunu edəcəyik”.

“Apple” işə qəbul zamanı ayrı-seçkiliyə görə $25 mln. ödəyəcək
Dünya

“Apple” işə qəbul zamanı ayrı-seçkiliyə görə $25 mln. ödəyəcək

“Apple” korporasiyası ABŞ Ədliyyə Departamenti ilə məşğulluq sahəsində ayrı-seçkilik iddiaları ilə bağlı təhqiqatı həll etmək üçün əldə edilmiş razılaşmanın bir hissəsi olaraq təxminən 25 milyon dollar ödəyəcək. Bundan əlavə, şirkət işçilərə ayrı-seçkiliyə qarşı qanunlar üzrə təlim keçirəcək.

Aİ Ermənistana hərbi yardım göstərmək imkanlarını nəzərdən keçirir
Dünya

Aİ Ermənistana hərbi yardım göstərmək imkanlarını nəzərdən keçirir

Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanlarını nəzərdən keçirir. Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.

Bu ölkələr İsraildən səfirlərini geri çağırdı
Dünya

Bu ölkələr İsraildən səfirlərini geri çağırdı

Kolumbiya və Çili İsraildəki səfirlərini geri çağırıb. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ölkə prezidentləri bu qərara Qəzzadakı hadisələrə görə gəldiklərini bildiriblər. Xatırladaq ki, oktyabrın 7-dən başlayan hərbi əməliyyat çərçivəsində Qəzza zolağında ölənlərin sayı 9 min nəfərə çatır.

Türkiyə İsraillə bütün enerji müqavilələrini dayandırır
Dünya

Türkiyə İsraillə bütün enerji müqavilələrini dayandırır

FED.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bundan başqa, Türkiyənin energetika naziri Alparslan Bayraktarın Təl-Əvivə səfəri ləğv olunub. Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailə səfərinin ləğv edildiyini açıqlamışdı.

ABŞ-də silahlı insident - 22 nəfər öldü
Dünya

ABŞ-də silahlı insident - 22 nəfər öldü

ABŞ-də Men ştatının Lyuiston şəhərində yerləşən əyləncə mərkəzlərinin birində silahlı insident olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, hadisə zamanı 22 nəfər ölüb, onlarla insan isə yaralanıb. Polis insanları küçəyə çıxmamağa çağırıb.

Türkiyənin müdafiə büdcəsi 40 milyard dollar olacaq
Dünya

Türkiyənin müdafiə büdcəsi 40 milyard dollar olacaq

Türkiyə 2024-cü ildə müdafiəyə 40 milyard dollar ayıracaq. Sözügedən məbləğbu ilin büdcəsi ilə müqayisədə 150 ​​faiz artım deməkdir. 2023 Türkiyə müdafiə və təhlükəsizliyə təxminən 16 milyard dollar ayırıb.

Qəzzada ölənlərin sayı 4 minə çatır
Dünya

Qəzzada ölənlərin sayı 4 minə çatır

Qəzzada ölənlərin sayı 3785 nəfərə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına əsasən, 12500 nəfər isə yaralanıb.

“Uzunmüddətli müharibəyə hazırıq” - İsrail XİN
Dünya

“Uzunmüddətli müharibəyə hazırıq” - İsrail XİN

“İsrail iqtisadi və siyasi baxımdan uzunmüddətli müharibəyə hazırdır”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Ben-Dor bildirib.

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub
Dünya

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub

Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub. Məlumata görə, həmçinin HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib. Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək.