Latviyada “Hərbi xidmət haqqında” qanuna əcnəbilərin Milli Silahlı Qüvvələr sıralarına cəlb edilməsinə imkan yaradan düzəlişlər hazırlanır.
"Unikal" xəbər verir ki, bu barədə Latviya mətbuatı məlumat yayıb.
Müvafiq düzəlişlər “kritik vəziyyətlərdə” əcnəbilərin silahlı qüvvələrə cəlb edilməsinə imkan verəcək. Eyni zamanda qeyd edilir ki, məhdud sayda tərəfdaş ölkə vətəndaşları da ordu sıralarına gedə biləcəklər.
Dəyişikliklərə əsasən, ümumi və ya qismən səfərbərlik zamanı əcnəbi vətəndaşlar könüllü olaraq xidmətə daxil ola biləcəklər.