Rusiyalı milyarderlərin sərvəti artıb

1 Aprel 2024, 12:25
Rusiyalı milyarderlərin sərvəti artıb
Rusiyalı milyarderlərin sərvəti artıb

2024-cü ilin ilk üç ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 18,293 milyard ABŞ dolları artıb.

 

“Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,29 milyard dollar artaraq 24,1 milyard dollara çatıb. Ən böyük maliyyə itkisi ilə sərvəti 2,8 milyard azalaraq 18,3 milyard dollara enən “USM Holdings”in təsisçisi Alişer Usmanov üzləşib.

“Bloomberg Billionaires Index”in məlumatına görə, “Nornikel” şirkətinin həmsahibi Vladimir Potaninin sərvəti ilin əvvəlindən 768 milyon artaraq 31,8 milyard dollara, Vladimir Lisinin sərvəti 2,91 milyard artaraq 26,9 milyard dollara, “LukOil”un həmsahibi Vahid Ələkbərovun sərvəti isə 1,79 milyard artaraq 26,4 milyard dollara çatıb. (Report)