Tramp seçkidə qalib gəlsə miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

26 Fevral 2024, 9:06
Tramp seçkidə qalib gəlsə miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq
Tramp seçkidə qalib gəlsə miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

ABŞ-ın keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib.

Bu barədə Tramp özü Vaşinqtonda keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında deyib: "Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq"-deyə namizəd bildirib.

Tramp bildirib ki, qeyri-qanuni miqrasiya ölkə üçün təhlükədir: "Bu yaxşı hal deyil, indi mediadakı təlxəklər məni qəddar adlandıracaqlar, amma qanunsuz miqrantlar xalqımızı məhv edirlər”. 

Onun sözlərinə görə, miqrantlar ABŞ-da heç kimin eşitmədiyi dillərdə danışırlar.