PRESS REVIEW — PRA.AZ

Xəbərlər

355 xəbər tapıldı

Yaxın 4 ildə Azərbaycan əhalisinin illik gəliri 100 milyard manatı ötəcək
Iqtisadiyyat

Yaxın 4 ildə Azərbaycan əhalisinin illik gəliri 100 milyard manatı ötəcək

2027-ci ildə Azərbaycan əhalisinin gəlirlərinin 106 milyard manata çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"də bildirilir. Sənədə əsasən, bu dövrdə əhalinin xərclərinin isə 102,6 milyard manata yüksəlməsi gözlənilir.

SOCAR son 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyard dollar investisiya yatırıb"
Iqtisadiyyat

SOCAR son 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyard dollar investisiya yatırıb"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son 15 ildə tərəfdaşları ilə birgə Türkiyə iqtisadiyyatına 18 milyard ABŞ dolları həcmində investisiya qoyub. “Report” xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Turkey” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov Türkiyə mətbuatına müsahibəsində deyib.

Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetrdən çox qaz nəql edib
Iqtisadiyyat

Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib. "Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda bildirib. Onun sözlərinə görə, bu ilin sonuna qədər bu rəqəmin 10,2 milyard kubmetr olması nəzərdə tutulur.

Gəlirlər də, xərclər də azalacaq - yeni büdcə
Iqtisadiyyat

Gəlirlər də, xərclər də azalacaq - yeni büdcə

Azərbaycanın 2024-cü il dövlət büdcəsinin ilkin konturları açıqlanıb. Maliyyə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, hökumət neftin bir barelinin orta illik ixrac qiymətini 2024-2027-ci illər üçün 60 ABŞ dollarından hesablamaqla növbəti 4 illik müddət üçün ölkədə mümkün iqtisadi artımı proqnozlaşdırıb.

Gələn il də manatın məzənnəsi sabit qalacaq
Iqtisadiyyat

Gələn il də manatın məzənnəsi sabit qalacaq

2024-cü ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki, ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.

Mərkəzi Bank bu gün hansı qərarı verəcək?
Iqtisadiyyat

Mərkəzi Bank bu gün hansı qərarı verəcək?

Uçot dərəcəsinə dair yeni qərarlar ABŞ, Türkiyə, Böyük Britaniyada da gözlənilir Sentyabrın 20-də Azərbaycan Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı qərarını ictimaiyyətə açıqlayacaq.

2007-ci ildən bəri ən böyük neft qıtlığı gözlənilir – «Bloomberg»dən xəbərdarlıq
Iqtisadiyyat

2007-ci ildən bəri ən böyük neft qıtlığı gözlənilir – «Bloomberg»dən xəbərdarlıq

«Bloomberg» 2007-ci ildən bəri dünya bazarında ən böyük neft qıtlığı barədə xəbərdarlıq edib. FED.az-ın məlumatına görə, 2023-cü ilin son aylarında qlobal neft bazarı son 15 ildən çox müddətdə ən böyük tədarük çatışmazlığı ilə üzləşə bilər. Agentlik qeyd edir ki, bu, Co Baydenin seçki kampaniyasına problem yarada bilər.

Əhalinin gəlirləri bu qədər artıb
Iqtisadiyyat

Əhalinin gəlirləri bu qədər artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 50 milyard 861,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 13,6 % artaraq 5 013,3 manata çatıb.

Neftin 7 illik ömrü qalıb, 2030-cu ilə qədər...
Iqtisadiyyat

Neftin 7 illik ömrü qalıb, 2030-cu ilə qədər...

Üç əsas növ yanacaq - neft, təbii qaz və kömür istehlakı 2030-cu ilə qədər pik həddə çatacaq. Musavat.com xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib. Agentliyə görə, həmin ildən sonra bu yanacaq növlərinin istehlakı azalmağa başlayacaq və buna bərpa olunan enerji mənbələrinin sürətlə yayılması və elektriklə işləyən avtomobillərin sayının artması səbəb olacaq.

Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYƏ BALANSI AÇIQLANDI
Iqtisadiyyat

Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYƏ BALANSI AÇIQLANDI

2023-cü ilin 6 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir. Cari əməliyyatlar balansında 5 milyard 155 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 509 milyon dollar profisit yaranmış, ehtiyat aktivləri 5 milyard 245 milyon dollar artmışdır.