Azərbaycanın idxalında Çin Rusiyanı üstələdi

20 Noyabr 2023, 11:23
Azərbaycanın idxalında Çin Rusiyanı üstələdi
Azərbaycanın idxalında Çin Rusiyanı üstələdi

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxal əməliyyatları apardığı ölkələr siyahısında Çin Rusiyanı üstələməklə  birinci yerdə dayanıb.

Belə ki, hazırkı dövrdə 2 milyard 500 milyon 605 min dollar dəyərində idxal göstəriciləri Çin siyahıda birinci yerdədir. Çinlə olan idxalın həcmi ümumi idxalın 17,64%-ni təşkil edib.

2022-ci illə müqayisədə Azərbaycan Çindən 807 milyon 501 min dollar və ya 47,7% çox məhsul idxal edib. Bundan başqa Çin idxalda əsas ölkələr siyahısında ötən il üçüncü yerdə idi.

Hazırki dövrdə Rusiya siyahıda 2-ci, Türkiyə 3-cü yerdə qərarlaşıb.

Rusiyadan 2 milyard 482 milyon 15 min dollarlıq (ümumi idxalın 17,51%-ni təşkil edib), Türkiyədən isə 1 milyard 908 milyon 189 min dollarlıq (ümumi idxalın 13,46%-ni təşkil edib) məhsul idxal olunub.

Keçən il cədvələ əsasən Rusiya birinci yerdə, Türkiyə isə ikinci yerdə idi.