
Dünyanın ən böyük dəniz platforması hazırlandı: İldə 24 milyon ton neft, 7,4 milyard kubmetr qaz...
Çində çəkisi təxminən 17 min ton olan dünyanın ən böyük dəniz neft-qaz platformasının tikintisi başa çatıb. Qaynarinfo CGTN-yə istinadən xəbər verir ki, platforma avqustun 12-də 34 aylıq tikintidən sonra rəsmi olaraq Çinin şərqindəki Şandun əyalətinin Qingdao şəhərinə təhvil verilib.










