Dünya bazarında qazın qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın qaz gəlirlərində kəskizn azalma baş verib.
FED.az Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 7 ayında Azərbaycan xarici ölkələrə 13,8 milyard kubmetr təbii qaz ixrac edib, burdan 4,76 milyard dollar gəlir əldə edib.
Bu ötən illə müqayisədə 2 dəfə azdır – 2024-cü ilin ilk 7 ayında Azərbaycan xaricə ümumi dəyəri 8,9 milyard dollar olan 13,4 milyard kubmetr qaz satmışdı.
Azalmanın səbəbi qazın həcmi ilə deyil, qiyməti ilə bağlıdır. Belə ki, əvvəlki ilə nisbətən bu il ixrac olunan qazın həcmi nəinki azalmayıb, hətta artıb – 13,4 milyarddan 13,8 milyard kubmetrə.
Qazın qiyməti isə əksinə, kəskin azalıb. Belə ki, 2023-cü ilin ilk 7 aynıda Azərbaycan xaricə qazın 1 min kubmetrini dollardan satırdısa, bu il qiymət hər min kubmetr üçün 343 dollara enib.