PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Bu şəxslərin maaşı artacaq - RƏSMİ
Xəbər

Bu şəxslərin maaşı artacaq - RƏSMİ

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
Xəbər

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. “Report” xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

2 avtobus “BakıKart”a keçir
Xəbər

2 avtobus “BakıKart”a keçir

“Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567 saylı marşrut xətlərinin noyabrın 19-da BakıKart sisteminə qoşulması planlaşdırılır. Banker.az bu barədə şirkətin elanına istinadən xəbər verir. Həmin tarixdən ödəniş yalnız kartla olacaq və nağd ödəniş qəbul edilməyəcəkdir.

BP Türkiyə bazarını tərk edir
Xəbər

BP Türkiyə bazarını tərk edir

Britaniyanın BP şirkəti Türkiyədəki 779 yanancaqdoldurma məntəqəsini (YDM) bu ölkənin “Petrol Ofisi” şirkətinə satır. Bu barədə “Petrol Ofisi” məlumat yayıb.

Azərbaycanda Milli Dirçəliş Günüdür
Xəbər

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. “Qafqazinfo”nun məlumatına görə, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.

Türkiyə hərbçiləri 1 il də Azərbaycanda qalacaq - Qanun qüvvəyə mindi
Xəbər

Türkiyə hərbçiləri 1 il də Azərbaycanda qalacaq - Qanun qüvvəyə mindi

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib. “Qafqazinfo” xəbər verir ki, bu haqda sənəd “Rəsmi Qəzet”də dərc olunub.

Banklar arasında «card to card» əməliyyatı neçəyədir? – BANKLAR, KARTLAR, KOMİSSİYALAR - SİYAHI
Xəbər

Banklar arasında «card to card» əməliyyatı neçəyədir? – BANKLAR, KARTLAR, KOMİSSİYALAR - SİYAHI

Bankla kartları və onlarla əməliyyatlar artıq maliyyə həyatımızın vacib elementinə çevrilib.FED.az xəbər verir ki, hazırda kartlarla ən çox aparılan əməliyyatlardan biri kartdan karta köçürmədir («card to card»). Bu əməliyyatlar banklar üçün də vacib sahədir – aktiv istifadə olunan xidmət və tətbiq edilən komissiya haqları baxımından

“LinkedIn”də qadağalar olacaq
Xəbər

“LinkedIn”də qadağalar olacaq

“LinkedIn” dekabrın 14-dən etibarən əvvəlki “karusel” statusların, profildəki videoların və fotoların linklərini siləcək. “LinkedIn” platforması bununla bağlı xəbərdarlıq edib və qeyd olunub ki, dekabrın 14-dən sonra “embedded” adlanan linklərə keçid edərkən məlumatlara daxil olmaq mümkün olmayacaq.

“Putin qələbəyə hazırlaşır” - Landsberqis
Xəbər

“Putin qələbəyə hazırlaşır” - Landsberqis

“Rusiya Prezidenti Vladimir Putin müharibədə yarımçıq qalan qələbəni yenidən qeyd edə bilər”​. “Qafqazinfo” xəbər verir ki, bunu Litva xarici işlər naziri Qabrielus Landsberqis deyib. O bildirib ki, cəbhədə ukraynalılara təzyiqlərin artmasını gördükdən sonra onun qələbəni planlaşdırması mümkündür:

Azərbaycanda inflyasiya 10%-ə düşür
Xəbər

Azərbaycanda inflyasiya 10%-ə düşür

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 10,2%-ə enib. Bu isə doqquz aylıq göstərici ilə müqayisədə 0,7% bəndi azdır. "APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.