Bu yoldan keçənlər cərimələnəcək

30 Noyabr 2023, 8:16
Bu yoldan keçənlər cərimələnəcək
Bu yoldan keçənlər cərimələnəcək

4 xətt üzrə-7A, 7B, 11 və 93 nömrəli avtobusların yolu 1,3 kilometr qısaldılıb.

“Qafqazinfo”nun məlumatına görə, Yerüstü Nəqliyyat Agentliyinin şöbə müdiri Tərlan Səfərov deyib ki, ərazidə təhlillər aparılıb və ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək məqsədilə dəyişiklik edilib.

Yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, Ziya Bünyadov prospekti, Ayna Sultanova istiqamətində yerləşdirilən işıqfor yalnız avtobuslar üçün nəzərdə tutulub.

Ərazidə yol polisi də nəzarəti artırıb və düzünə hərəkət edən digər sürücülər 40 manat cərimə edilirlər.