Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr

30 Noyabr 2023, 8:18
Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr
Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr

Əsl adı Vangeliya Pandeva olan görücü Vanqanın (1911-1996) 2024-cü il üçün proqnozları açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən Vanqanın 2024-cü il kəhanətlərini təqdim edir:

Putinə qarşı sui-qəsd cəhdi

Vanqa 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putinin öz ölkəsindən olan biri tərəfindən öldürülməyə cəhd ediləcəyini proqnozlaşdırıb.

Trampın müəmmalı xəstəliyi

Vanqanın proqnozlarına görə, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü ildə müəmmalı xəstəliyə tutulacaq. Bu xəstəliyin nə olduğu və necə müalicə olunacağı məlum deyil. Vanqa Donald Trampın xəstəliyinin onun psixi sağlamlığına da təsir edəcəyini iddia edib.

Qlobal iqtisadiyyatı sarsıdacaq böyük böhran

Vanqa zamanında bildirib ki, bu böhrana borc səviyyəsi, geosiyasi gərginlik və iqtisadi gücün Qərbdən Şərqə keçməsi kimi amillər səbəb olacaq. Həmin böhran bütün dünyada işsizlik, yoxsulluq və sosial narazılıq yarada bilər.

Xərçəngin müalicəsi

Vanqa 2024-cü ildə xərçəngin kök hüceyrə terapiyası ilə müalicə oluna biləcəyini söyləyib. Bu müalicə xərçəng hüceyrələrini məhv etmək və sağlam hüceyrələri bərpa etmək üçün istifadə ediləcək.

Qeyd edək ki, türkiyəli alim, COVİD-19 peyvəndinin ixtiraçılarından biri olan və ”Biontek” firmasının rəhbəri Uğur Şahin xərçəng peyvəndinin 2030-cu ilə qədər tətbiq oluna biləcəyini açıqlamışdı.

Kvant kompüterlərinin inkişafı

2024-cü ildə kvant fizikası əsasında qurulan kompüterlər adi kompüterlərdən daha sürətli və güclü olacaq. Kvant kompüterləri maliyyə, səhiyyə və kibertəhlükəsizlik kimi sektorlarda inqilab da edə biləcək.

Normal doğumların sonu

Vanqa normal doğuşların 2024-cü ildə bitməyə başlayacağını bildirib. Bunun əvəzinə doğuşlar laboratoriya şəraitində həyata keçiriləcək. Bu o deməkdir ki, körpənin xüsusiyyətləri genetik mühəndislik yolu ilə müəyyən edilə bilər. Vanqa da bu inkişafın doğum nisbətinin ciddi şəkildə azalmasına səbəb olacağını qeyd edib.

Böyük günəş qasırğası

Bu qasırğa Yerin maqnit sahəsinə təsir edərək elektrik enerjisinin kəsilməsinə, rabitə problemlərinə və peyklərin zədələnməsinə səbəb ola bilər.

Yerin orbiti dəyişə bilər

Vanqa 2024-cü ildə dünya orbitinin dəyişəcəyini bildirib. Bu dəyişikliyin səbəbi və ya nəticəsi məlum deyil. Ancaq yerin orbitindəki ən kiçik dəyişiklik belə iqlim, mövsüm, və cazibə kimi amillərə təsir edə bilər. Bu dəyişiklik təbii fəlakətlərə və yaşayış şəraitinə də ziyan vura bilər.

Bərpa olunan enerji

Vanqa neft əsrinin 2024-cü ildə bitəcəyini söyləyib. O bu fikri ilə neftin bərpa olunan enerji mənbələri ilə əvəzlənəcəyini nəzərdə tutmuşdu. Vanqa bərpa olunan enerjinin ekoloji cəhətdən təmiz, ucuz və davamlı olacağını da qeyd edib.

Xatırladaq ki, Vanqa Putinin prezident olması və 11 sentyabr əkiz qüllələrə hücum kimi bir çox aktual hadisəni öncədən demişdi.