Aİ ölkələri dövlət idarələrində hicabı qadağan edə bilər

30 Noyabr 2023, 8:17
Aİ ölkələri dövlət idarələrində hicabı qadağan edə bilər
Aİ ölkələri dövlət idarələrində hicabı qadağan edə bilər

Avropa İttifaqına üzv ölkələrin dövlət idarələri işçilərin iş yerində hicab kimi dini inancları simvolizə edən əşyalar taxmasını qadağan edə bilər.

Bu barədə Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi açıqlama verib.

Qeyd edək ki, Aİ-nin ali məhkəməsi 2021-ci il iyulun 15-də qərar verib ki, şirkətlər müəyyən şərtlərlə işçilərinə hicab taxmağı qadağan edə bilər.