PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1954 xəbər tapıldı

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”
Xəbər

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladıb. “Qafqazinfo” xəbər verir ki, İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı
Xəbər

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib. “Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb. “Bunun lazım olduğunu düşünmürəm. Bizim gördüyümüz iş qlobal geosiyasi dəyişikliklərə cavabdır”, - Paşinyan qeyd edib.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Xəbər

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. “Qafqazinfo” “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək.

Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub – XİN
Xəbər

Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub – XİN

Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.