Bakıda restoranların dövriyyəsi -171 MİLYON MANATI KEÇDİ

1 Aprel 2024, 12:25
Bakıda restoranların dövriyyəsi -171 MİLYON MANATI KEÇDİ
Bakıda restoranların dövriyyəsi -171 MİLYON MANATI KEÇDİ

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi dəyəri açıqlanıb.

FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,0 faiz artaraq 171,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 118,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 69,1 faizini təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi  148,3 milyon manat təşkil edib. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olub. Bu da ümumi dövriyyənin 85,0 faizini təşkil edib.