Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub – XİN

Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.“Bu gün daha 4 nəfər minanın qurbanı olub. Ermənistan tərəfinin minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina etməsi Azərbaycan ərazilərində genişmiqyaslı təmir-bərpa işlərinin aparılması ilə yanaşı, məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olur, o cümlədən regionda sülhyaratma prosesinə xələl gətirir. Beynəlxalq ictimaiyyət Azərbaycanda minaların yaratdığı təhlükənin aradan qaldırılması üçün gücünü birləşdirməlidir”, XİN-dən bildirilib.