Almaniya Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxır

29 Aprel 2024, 8:36
Almaniya Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxır
Almaniya Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxır

Rəsmi Berlin qəti şəkildə Rusiyanın dondurulmuş 300 milyard dollar həcmində aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxır.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd edilib ki, rəsmi Berlin bunun İkinci Dünya Müharibəsi ilə əlaqədar Almaniyaya qarşı anoloji addımlara yola aça biləcəyindən qorxur.

İkinci Dünya Müharibəsindən sonra Almaniya SSRİ və müttəfiq ölkələrə kompensasiya ödəyib. Eyni zamanda Holokost qurbanlarının ailələrinə 90 milyard dollardan çox ödəmə edilib. Lakin son dövrlər bir sıra ölkələr yenə kompensasiya tələb etməyə başlayıb. Polşa 2022-ci ildən Almaniyadan 1,3 trilyon dollar, Yunanıstan isə 2019-cu ildən 300 milyard dollar tələb edir. İtaliya məhkəmələrinə də son illər bununla bağlı müraciətlər daxil olur. Hətta bir sıra İtaliya məhkəmələri Almaniya aktivlərini müsadirəyə cəhd edib.

Almaniya hesab edir ki, Rusiya aktivləri toxunulmaz qalmalı və danışıqlarda Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə olunmalıdır.