
Dünyanın ən güclü ölkələrinin siyahısı açıqlandı
ABŞ-nin mühüm media qurumlarından olan “US News & World”ün “Ən yaxşı ölkələr” siyahısının builki nəticələri açıqlanıb. WPP marketinq şirkəti və Pensilvaniya Universitetinin dəstəyi ilə dünyanın hər yerindən 17 mindən çox insanın iştirakı ilə təşkil edilən araşdırmada siyasi güc, iqtisadiyyat və mədəni təsir kimi faktorlar qiymətləndirilib.










