PRESS REVIEW — PRA.AZ
Xəbər

Bakı-Sumqayıt qatarında gedişhaqqı qalxır

Bakı-Sumqayıt qatarında gedişhaqqı qalxır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu üzrə tarifləri artırır. “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının Sərnişindaşıma Departamentinin rəhbəri Azər Fərəcov deyib. Onun sözlərinə görə, 25 sentyabrdan sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu üzrə tarifləri artırır.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının Sərnişindaşıma Departamentinin rəhbəri Azər Fərəcov deyib.

Onun sözlərinə görə, 25 sentyabrdan sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.

Bu xəbəri bəyəndiniz?
Paylaş: