
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər?
Skuter sürənlər də bəzi hallarda cərimələnəcəklər. Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.
2963 xəbər tapıldı

Skuter sürənlər də bəzi hallarda cərimələnəcəklər. Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqının hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.

Azərbaycanda yeni “mall” tikintisinə start verilib. Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketi ərazisində inşa olunması planlaşdırılan yeni ticarət mərkəzi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb. İddialara əsasən, sözügedən layihənin “Əhmədli Mall” adlanacağı bildirilir.

“Yüksək gərginlik xətləri altında, strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında və digər riskli ərazilərdə yerləşən tikililər istisna olmaqla, sənədsiz əmlaklara mülkiyyət hüququ verilməsi ölkə iqtisadiyyatı üçün də mühüm əhəmiyyət kəsb edir”. Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Erməni publisisti, yazıçısı, ictimai-siyasi xadimi və səyyah Zori Balayan vəfat edib. Onun vəfat etdiyini oğlu Ayk Balayan açıqlayıb.

Azərbaycanda kommunal xidmətlər üzrə vahid abonent bazasının ilkin mənbə kimi təkmilləşdirilməsi və digər sistemlərin bu məlumatlardan istifadəsinin təmin edilməsi istiqamətində tədbirlər görüləcək. Abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması planlaşdırılır.

Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vesti kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.

“Global Terrorism Index 2026” (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Banker.az xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara – 1.Pakistan (8.574), 2.Burkina Faso (8.324), 3.Niger (7.816) daxil edilib.

Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir. Bildiyimiz kimi, 01.01.2019-cu ildən 01.01.2026-cı ilədək qeyri-neft və qeyri-dövlət sektorunda çalışan işçilərin əməkhaqları hesablanan zaman 8.000 manata qədər olan məbləğlər gəlir vergisindən azad idi. Artıq bu il yanvar ayının 1-dən özəl sektorda çalışan işçilərin əməkhaqlarına 3% gəlir vergisi tətbiq olunmağa başlayıb.

İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Patent haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Bu barədə Banker.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

İnnovasiya lideri Bakcell Novruz bayramı ərəfəsində media nümayəndələrini İçərişəhərdə xüsusi görüşdə bir araya gətirib. Tədbir çərçivəsində dulusçuluq üzrə ustad dərsi keçirilib.