PRESS REVIEW — PRA.AZ
Cəmiyyət

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan yeganə tələbə məlum olub. Oxu.Az xəbər verir ki, bu, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə olub. 4-cü qrup üzrə maksimal nəticənin sahibi olan S.Tağızadə ilk imtahanda 691.3 bal toplamışdı.

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan yeganə tələbə məlum olub.

Oxu.Az xəbər verir ki, bu, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə olub.

4-cü qrup üzrə maksimal nəticənin sahibi olan S.Tağızadə ilk imtahanda 691.3 bal toplamışdı.

Bu nəticə kifayət qədər yüksək olsa da, Samir “Əlaçı” verilişində olduğu kimi, burada da zirvəni əldən vermək istəmədi.

Cəmi 8,7 bal üçün gecəsini gündüzünə qatdı və istədiyinə nail oldu. Bu mərhələdə də ən yüksək nəticəni göstərərək hədəfinə çatdı.

Ölkə birincisi olan Samir sevincini bizimlə bölüşdü:

“Nəticələr çıxanda ailəmlə birlikdə idim. Atamın telefonuna mesaj gəldi, görüb çox sevindik. Möhtəşəm, qürurverici bir hissdir. Əvvəlcədən özümə inanırdım. Bundan əvvəl 691,3 bal yığmışdım və bu, yüksək nəticə idi. Amma fikirləşdim ki, daha artığına gücüm çatırsa, niyə də olmasın? Bu yolda əziyyət çəkmək lazımdır. Allah əziyyəti yerdə qoymur”.

Bu xəbəri bəyəndiniz?
Paylaş: