
Azərbaycanda əhali ötən ay geyimə 1 mlrd. manata yaxın - PUL XƏRCLƏYİB
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 448 milyon manat vəsait xərclənib.
3030 xəbər tapıldı

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 448 milyon manat vəsait xərclənib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərazisi işğaldan azad olunmuş müxtəlif rayonlardan olan məcburi köçkünlərdən Xankəndiyə köçməklə bağlı çoxsaylı müraciətlər gəlir”.

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Canni De Byazi Azərbaycan yığmasını tərk edib. “Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb. O bildirib ki, Canni De Byazi özü Azərbaycan yığmasını tərk etmək istədiyini açıqlayıb: “Dedi ki, mən artıq Azərbaycan yığmasında çalışmaq istəmirəm. Onunla müqavilə uzadılmayacaq. İcraiyyə Komitəsi də müzakirələr apardı.

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq. 2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnoz edilir.

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. “Report” xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxal əməliyyatları apardığı ölkələr siyahısında Çin Rusiyanı üstələməklə birinci yerdə dayanıb.

2023-cü ilin doqquz ayı ərzində ölkədə 10,8 min iş yeri bağlanıb.

“Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567 saylı marşrut xətlərinin noyabrın 19-da BakıKart sisteminə qoşulması planlaşdırılır. Banker.az bu barədə şirkətin elanına istinadən xəbər verir. Həmin tarixdən ödəniş yalnız kartla olacaq və nağd ödəniş qəbul edilməyəcəkdir.

Britaniyanın BP şirkəti Türkiyədəki 779 yanancaqdoldurma məntəqəsini (YDM) bu ölkənin “Petrol Ofisi” şirkətinə satır. Bu barədə “Petrol Ofisi” məlumat yayıb.