PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3030 xəbər tapıldı

Azərbaycanda zərgərlər üçün yenilik - YENİ STANDART QƏBUL EDİLDİ
Xəbər

Azərbaycanda zərgərlər üçün yenilik - YENİ STANDART QƏBUL EDİLDİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Türk standartları əsasında AZS TS 11848:2024 “Zərgərlik xidmətləri – Ümumi qaydalar” və AZS TS 12376:2024 "Zərgər – İstehsal – İşçilər üzrə tələblər" yeni dövlət standartlarını qəbul edib.

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Xəbər

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. “Report”un əldə etdiyi məlumata görə, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Azərbaycanda yeni cərimələr müəyyənləşir
Xəbər

Azərbaycanda yeni cərimələr müəyyənləşir

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə cərimə müəyyənləşir. Bu, Milli Məclisin mayın 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Küləkli hava nə vaxtadək davam edəcək?
Xəbər

Küləkli hava nə vaxtadək davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrdir. Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Azərbaycanda yeni peyvənd vurulacaq
Cəmiyyət

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb.

“Qarabağ” reytinqdə gerilədi
Xəbər

“Qarabağ” reytinqdə gerilədi

Azərbaycan Premyer Liqası komandalarının reytinqləri bəlli olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Opta” idman analitikası şirkəti məlumat açıqlayıb. Çempionluğunu rəsmiləşdirən “Qarabağ” reytinqin ilk “100-lüy”ündən kənarda qalıb. Klub 118-ci sıraya geriləyib. Digər komandalarımızdan “Zirə”, “Turan Tovuz”, “Səbail” və “Qəbələ”də də geriləmə müşahidə olunub.