Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib.
, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb.
Qeyd edək ki, heksavaksinin tərkibinə Hepatit B, difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, HİB əleyhinə peyvəndlər daxildir.