PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?
Xəbər

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Ötən gün Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışı baş tutdu. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində istifadəyə verilən sayca üçüncü beynəlxalq hava limanıdır (Füzuli və Zəngilandan sonra). Yeni hava limanı həm geosiyasi, həm də iqtisadi və turizm baxımından ciddi əhəmiyyət daşıyır.

Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
Rəsmi

Bu xərclər qismən geri ödəniləcək - Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb.

Rəsmi Bakıdan Paşinyana - Cavab
Xəbər

Rəsmi Bakıdan Paşinyana - Cavab

“Mayın 26-sı Ermənistan Baş nazirinin “İrəvan Dialoqu” zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur”.

Kimlər daha tez pensiyaya çıxa bilər? - Siyahı
Cəmiyyət

Kimlər daha tez pensiyaya çıxa bilər? - Siyahı

“Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur”. “Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Aİ mümkün pandemiyalara hazırlığı artırmaq üzərində çalışır
Dünya

Aİ mümkün pandemiyalara hazırlığı artırmaq üzərində çalışır

Avropanın vaksinasiyaya hazırlığını və pandemiya zamanı sürətli reaksiyasını artırmaq üçün İtaliyanın Syena şəhərində Avropa Peyvənd Mərkəzi (EVH) açılıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) böhranların idarə olunması üzrə üzvü Aca Labib bildirib.

Ağ Ev nüvə danışıqları ilə bağlı İrana xəbərdarlıq edib
Dünya

Ağ Ev nüvə danışıqları ilə bağlı İrana xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranla nüvə proqramı ilə bağlı danışıqlar düzgün istiqamətdə gedir. “Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ
Cəmiyyət

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.

“Son zəng”də məzunlara geyim qadağası qoyulub?
Cəmiyyət

“Son zəng”də məzunlara geyim qadağası qoyulub?

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri zamanı məzunların geyim formalarına dair qadağa ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilib ki, məzunların “Son zəng” tədbirlərində yalnız məktəbli forması geyinmələri tələbi qoyulub.

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək
Cəmiyyət

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq. “Qafqazinfo” “Teleqraf”a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.