PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3028 xəbər tapıldı

İran və İsrail arasında gərginlik fonunda qızıl rekord həddə yaxınlaşır
Iqtisadiyyat

İran və İsrail arasında gərginlik fonunda qızıl rekord həddə yaxınlaşır

Qızılın qiyməti rekord həddə çatıb, çünki İsrail və İran arasında artan münaqişə investorları təhlükəsiz aktivlərə üz tutmağa sövq edir. Marja.az xəbər verir ki, qiymətli metal 0,6% bahalaşaraq bir unsiya üçün təxminən 3450 dolları görüb ki, bu da apreld rekord göstəricidən təxminən 50 dollar aşağıdır.

Neft qiymətlərinin daha da yüksələcəyi gözlənilir: 125 - 130 DOLLAR PROQNOZLARI VERİLDİ
Iqtisadiyyat

Neft qiymətlərinin daha da yüksələcəyi gözlənilir: 125 - 130 DOLLAR PROQNOZLARI VERİLDİ

İsrailin İranın neft və qaz obyektlərinə hücumları Yaxın Şərqin neft tədarükü üçün riskləri artırdığına görə, neft bazarları qiymət artımına hazırlaşır. Marja.az xəbər verir ki, İsrail şənbə günü İranın ən böyük neft yatağı olan nəhəng Cənubi Pars yatağı ilə əlaqəli təbii qaz emalı müəssisəsini və yanacaq saxlama çənlərini hədəfə alan hücum həyata keçirib.

Kərə yağının qiymətində kəskin artım: "Baha alıb, baha da satırlar" - ARAŞDIRMA
Cəmiyyət

Kərə yağının qiymətində kəskin artım: "Baha alıb, baha da satırlar" - ARAŞDIRMA

Kərə yağının qiymətində son dövrlərdə müşahidə olunan kəskin artım geniş müzakirələrə səbəb olub. 2025-ci ilin ilk dörd ayında Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, sözügedən dövrdə Azərbaycana 65 milyon 474 min ABŞ dolları dəyərində 9 min 323.5 ton kərə yağı idxal edilib.

3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı
Cəmiyyət

3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını təmin edir.

Bu hallarda qaz verilişi - Dayandırılacaq
Xəbər

Bu hallarda qaz verilişi - Dayandırılacaq

Qazın verilməsinin dayandırılması ilə bağlı yeni qaydalar müəyyənləşir. “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Bu yol bağlanır - Körpü təmir olunacaq
Xəbər

Bu yol bağlanır - Körpü təmir olunacaq

R-51 M-2 (336 km)-Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Əmək pensiyası hansı halda ləğv edilə bilər?
Cəmiyyət

Əmək pensiyası hansı halda ləğv edilə bilər?

Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq hüququ ilə bağlı suallar yaranır. Bu hüquq necə əldə olunur, hansı yaşda təyin edilir və nə zaman dayandırıla bilər?

Bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçiriləcək
Dünya

Bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçiriləcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bu gün, iyunun 2-də İstanbulda baş tutacağı gözlənilir. Oxu.Az-ın xəbərinə görə, Türkiyə Cümhuriyyətinin Kommunikasiya Departamentindən bildirilib ki, danışıqların Bakı vaxtı ilə saat 14:00-da Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Alimlər autizmdə ünsiyyət problemlərinin səbəbini tapıblar
Cəmiyyət

Alimlər autizmdə ünsiyyət problemlərinin səbəbini tapıblar

Yaponiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu autizmdə ünsiyyət çətinlikləri ilə bağlı ənənəvi fikirləri alt-üst edən inqilabi məlumatlar təqdim edib. “Report” xəbər verir ki, tədqiqat Molecular Autism (MolAutism) elmi jurnalında dərc olunub.

Messi Ronaldunun çıxış etdiyi komandaya keçə bilər
İdman

Messi Ronaldunun çıxış etdiyi komandaya keçə bilər

Argentina millisinin ulduz futbolçusu Lionel Messi Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçə bilər. "Report" xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.