
Dünya Bankının baş mütəxəssisi: Azərbaycanda ciddi şəkildə su azlığı müşahidə olunur
Azərbaycanda ciddi şəkildə su azlığı müşahidə olunur. Ölkə ərazisinin 42%-i torpaq eroziyasına məruzdur. "APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya Dayanıqlı İnkişaf Departamentinin Ətraf Mühit, Təbii Sərvətlər və Mavi İqtisadiyyat üzrə baş mütəxəssisi Saşa Ayxberqer çıxışı zamanı bildirib.










