Dünya Bankı: Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər
2050-ci ilə kimi Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər. "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.










