
Yeni müavinətlər - KİMLƏRƏ VERİLƏCƏK?
Dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək:
2973 xəbər tapıldı

Dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna arasında görüş başlayıb. “Report” xəbər verir ki, C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb. Hazırda tərəflər arasında təkbətək görüş keçirilir. Qeyd edək ki, K.Kolonna Azərbaycanda səfərdədir.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu ilin əvvəlindən bəri koronavirus xəstəliyi nəticəsində qeydə alınan ölüm hallarının sayının 95 faiz azaldığı barədə məlumat verib. “Qafqazinfo” xəbər verir ki, ÜST rəhbəri bununla belə virusun hələ də təhlükə mənbəyi və ölümə bais olmasının davam etdiyini bildirib.

Türkiyənin Qara dənizdə yeni kəşf edilmiş qaz yatağı ölkənin yerli təbii qaz istifadəsinin təxminən 30 illik tələbatını təmin edə bilər.

2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə olunmasından 41,8 milyon ABŞ dolları xalis zərər edib. Halbuki, qurum 2021-ci ildə valyuta ehtiyatlarının idarə olunmasından 7,2 milyon ABŞ dolları gəlir əldə etmişdi.

Ukrayna hökuməti İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasına təklif təqdim edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ermənilər səfirliyimizin qarşısında sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də suveren Azərbaycan və Türkiyəyə qarşı torpaq tələblərini səsləndirirlər”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin Tviter hesabında bildirib

Dünyanın ən böyük lüks mallar şirkəti olan LVMH-nin (Louis Vuitton Moet Hennessy) bazar dəyəri 500 milyard dolları keçib. Marja xəbər verir ki, bu artımla dünyanın ən varlı adamı olan LVMH-nin həmtəsisçisi Bernard Arnaultun sərvəti 211 milyard dolları aşıb.

Bankların cəmi kredit portfeli 20 milyard manat səviyyəsini keçib. Azərbaycandakı bankların cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin yanvar ayında 75 milyon 236 min manat, fevral ayında 87 milyon 838 min manat artdıqdan sonra mart ayında 281 milyon 167 min manat artıb.

Ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində bayrağımız ucaldırlıb. Artıq sözügedən ərazidə Azərbaycan bayrağı dalğalanır.

Rusiyanın Ukraynaya hücumundan sonra burada çalışan xarici mənşəli şirkətlərin böyük əksəriyyəti ölkəni tərk edəcəyini açıqladı. Rusiyanın işğalçı müharibəni başlatmasından 14 aya yaxın vaxt keçib və artıq məlum olur ki, bu ölkədəki biznesini dayandıracağını elan edən Qərb şirkətlərinin böyük bir hissəsi hələ də fəaliyyətini davam etdirir.