
Azərbaycanla Ermənistan sülhlə bağlı bəzi maddələr üzrə razılaşdı
1-4 may 2023-cü il tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Bu barədə “Qafqazinfo”ya Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər.










