
Azərbaycanda yanvar-aprel aylarında inflyasiya 13.5% olub
2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.3%, əvvəlki ilin aprel ayına nisbətən 12,8% artıb.
2973 xəbər tapıldı

2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.3%, əvvəlki ilin aprel ayına nisbətən 12,8% artıb.

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. APA xəbər verir ki, dövlət başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib.

Asiya İnkişaf Bankı (AİB) 2050-ci ilə kimi Azərbaycan əhalisinin artım proqnozunu yaxşılaşdırıb. Asiya İnkişaf Bankının hesablamalarına görə, 2030-cü ildə Azərbaycan əhalisi 10,7 milyon nəfərə yüksələcək.

Mayın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Rauf Şahbazov: “ABŞ-də xəstələrlə həkim arasında baryerlər çoxdur. Xəstələr həftəsonu, işdən sonrakı müddətdə birbaşa həkimlərlə əlaqə saxlaya bilməzlər. Koordinatorlar, orta tibb işçiləri ilkin suallara cavab verirlər”

Hazırda bazarlarda, marketlərdə mövsümündən əvvəl satışa çıxarılan meyvələrə tez-tez rast gəlirik. Bir çoxlarımız baha olmasına rəğmən, onları alıb qida rasionumuza daxil edirik. Lakin mütəxəssislər bu cür meyvələrin kimyəvi zəhərlənmə, allergiya, dəridə qaşınma, gözdə sulanma, səpmə, hətta huşun itirilməsi kimi fəsadlara yol açacağı qənaətindədir.

50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gedişhaqqının nağd qaydada ödənilməsi dayandırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, 8 maydan etibarən bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödənilir. Qeyd edilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xət

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Sərəncama əsasən 801 məhkum əfv olunub.

Açıq suallara görə, növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib. “Report”un xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, imtahanların müddəti standartlara uyğun müəyyən edilib.

Fiziki şəxs üç təqvim ilindən az müddətdə qeydiyyatda olduğu mənzili satarkən sadələşdirilmiş vergini ödəyib. Həmin evi satmaq istəyərkən, vergi yenidən ödənilməlidirmi?

2003-cü ildən bəri Azərbaycanın valyuta ehtiyatları 41 dəfə artaraq bu ilin aprel ayına 65,9 milyard ABŞ dolları təşkil edib.

Türkiyədə 14 may 2023-cü il bazar günü keçiriləcək Prezident və 28-ci çağırış parlament seçkilərinə 10 gün qalmış məhdudiyyətlər qüvvəyə minir. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Yüksək Seçki Şurasının (YSK) müvafuq qərarında deyilir.