PRESS REVIEW — PRA.AZ

Xəbərlər

2969 xəbər tapıldı

Azərbaycanda bu şəxslər 4000 manatadək cərimələcək
Xəbər

Azərbaycanda bu şəxslər 4000 manatadək cərimələcək

Nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək. Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Göyçayda vəziyyət necədir?
Xəbər

Göyçayda vəziyyət necədir?

Bu saatlarda Göyçay şəhərinin içməli su və qazın verilişi, naqillər bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub. Amma hazırda bir çox kəndlər hələ də işıqsızdır.

Bakıda şagirdlər arasında bıçaqlanma
Xəbər

Bakıda şagirdlər arasında bıçaqlanma

Bakıda şagird şagirdi bıçaqlayıb. “Qafqazinfo” xəbər verir ki, Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb. Hadisə dünən axşam saat 21 radələrində qeydə alınıb.

Prezidentin ehtiyat fondu 40 faiz azaldılır
Xəbər

Prezidentin ehtiyat fondu 40 faiz azaldılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 190,5 milyon manat və yaxud 31,2% azaldılaraq 610 milyon manatdan 419,5 milyon manata endirilir.

Azərbaycanda səhiyyə xərcləri azaldılır
Xəbər

Azərbaycanda səhiyyə xərcləri azaldılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən səhiyyə ilə bağlı ayırmalar 102 milyon 432 min manat və yaxud 5,4% azaldılaraq 1 milyard 906 milyon 389 min manatdan 1 milyard 803 milyon 957 min manata endirilir.

Ərdoğanın yeni kabinetində kimlər olacaq?
Xəbər

Ərdoğanın yeni kabinetində kimlər olacaq?

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan vitse-prezident təyin edilə bilər. Bu barədə təhlükəsizlik siyasəti üzrə mütəxəssis Mete Yarar “CNN Türk” telekanalında yayımlanan “Gecə görüşü” proqramında yeni kabinetdə yer alacaq adların müzakirəsi zamanı deyib. O, Hakan Fidanın nazir və ya vitse-prezident təyin ediləcəyi fikrində olduğunu qeyd edib.

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır
Iqtisadiyyat

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır. Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).

Azərbaycanda dərman bahalaşmasının qarşısı bu yolla alınacaq - QİYMƏTLƏR TƏNZİMLƏNƏCƏK
Iqtisadiyyat

Azərbaycanda dərman bahalaşmasının qarşısı bu yolla alınacaq - QİYMƏTLƏR TƏNZİMLƏNƏCƏK

Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə əməkdaşlıq müqaviləsinə əsasən vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə məqsədilə Azərbaycanda əczaçılıq məhsulları zavodunun tikilməsi planlaşdırılır.

Vahid Ələkbərovun oğlu yenə liderdir
Xəbər

Vahid Ələkbərovun oğlu yenə liderdir

“Forbes” rusiyalı milyarderlərin 49 ən varlı varislərinin cari ilin 10 mart tarixinə olan reytinqini açıqlayıb. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, reytinqə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rəhbərlik edib. Onun mirası 20,5 milyard dollar təşkil edir.