PRESS REVIEW — PRA.AZ

Xəbərlər

2969 xəbər tapıldı

Lirə kəskin ucuzlaşdı
Iqtisadiyyat

Lirə kəskin ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Lirə dollar qarşısında rekord həddə ucuzlaşıb. Belə ki, dünya birjalarında 1 dollar 21,15 tl səviyyəsində müəyyən olunub.

Bu şəxsləri 12 minədək cərimə gözləyir
Xəbər

Bu şəxsləri 12 minədək cərimə gözləyir

Azərbaycanda yeni cərimələr tətbiq ediləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mərkəzi Bankın sədri: Daha çox narahat olduğumuz məsələ inflyasiyadır
Iqtisadiyyat

Mərkəzi Bankın sədri: Daha çox narahat olduğumuz məsələ inflyasiyadır

Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq. “APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxslərə dair tələblər sərtləşdirilir
Xəbər

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxslərə dair tələblər sərtləşdirilir

Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Uşağın anadan olmasına görə müavinət  artırılır
Xəbər

Uşağın anadan olmasına görə müavinət artırılır

Dövlət büdcəsində uşağın anadan olmasına görə müavinətə ayrılan vəsait artırılır, dəfn üçün müavinətə ayrılan vəsait isə azaldılır. APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “ Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Səfir: “Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”
Xəbər

Səfir: “Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”

“Zəngəzur dəhlizi layihəsi Ermənistanın özünü təhlükəsiz hiss etməsi üçün də vacibdir. Dəhlizin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”. “Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib. O bildirib ki, bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün əhəmiyyətlidir:

Pensiyanın orta aylıq məbləği 500 manat ola bilər
Xəbər

Pensiyanın orta aylıq məbləği 500 manat ola bilər

“Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik”. “Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mətbuat konfransında bildirib. A.Kərimovun sözlərinə görə, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır.

Bakının bu rayonlarında su olmayacaq
Xəbər

Bakının bu rayonlarında su olmayacaq

İyunun 2-də səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu , bu barədə “Azərsu” məlumat yayıb. Məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.