
Azərbaycan dünyanın pasport reytinqində - MÖVQEYİNİ YAXŞILAŞDIRIB
Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də yanvar reytinqi ilə müqayisədə 4 mövqe yüksələrək Uqanda ilə 72-ci yeri bölüşüb.
3030 xəbər tapıldı

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də yanvar reytinqi ilə müqayisədə 4 mövqe yüksələrək Uqanda ilə 72-ci yeri bölüşüb.

Dünyada rekord isti hava müşahidə olunur. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb. Bildirilib ki, Şimali Amerikada, Asiyanın bəzi hissələrində, eləcə də Afrikanın şimalında və Aralıq dənizində eyni vaxtda isti hava müşahidə edilib. Temperatur bir neçə gün ərzində 40 dərəcə selsidən yuxarı qalxıb.

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Rusiyanın “Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb” açıqlaması taxılın dünya bazar qiymətini 3 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar. Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edib inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr 50% artırılıb.

İyulun 14-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Respublika fənn olimpiadalarında yüksək nəticələr göstərən şagirdlərə diplom və mükafatlar təqdim olunub. Bildirilib ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb.

Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.

Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək. Bu barədə Avropa İttifaqı Şurasının Mətbuat xidməti məlumat yayıb. Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada nəticə yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb. Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır.

Populyar şirinləşdirici maddə aspartam kanserogen (xərçəng yaradan) effektə malik ola bilər, lakin sutkalıq istifadəsi insan çəkisinin hər 1 kiloqramına 40 mq nisbətində məqbuldur. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (BXAA) birgə məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq: - 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;