
OPEC Azərbaycanın neft ehtiyatlarının həcmini - AÇIQLADI
2022-ci ildə Azərbaycanın sübut olunmuş neft ehtiyatlarının həcmi 2021-ci ildən sonra dəyişməz olaraq 7 milyard barel qiymətləndirilir.
3030 xəbər tapıldı

2022-ci ildə Azərbaycanın sübut olunmuş neft ehtiyatlarının həcmi 2021-ci ildən sonra dəyişməz olaraq 7 milyard barel qiymətləndirilir.

Azərbaycanda əhalinin banklardakı əmanətləri tarixini rekordunu yeniləyib. Bu il iyul ayının 1-nə depozitlərin həcmi 12 milyard 748.8 milyon manata çatıb. "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm iyunun 1-nə olan göstəricidən 2,8% çoxdur. Əhalinin banklardakı vəsaitləri ötən ilin eyni dövrü ilə müqayisədə 19%, ilin əvvəli ilə müqayisədə 8,5% artıb.

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 243,6 milyon manat kredit verilib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5 % artaraq 211,8 milyon manat olub.

“Bu yay rus turistlər arasında ən populyar ölkələr Azərbaycan, Türkiyə, Özbəkistan və Tacikistan olub”. “Report” “RBK”-ya istinadən xəbər verir ki, bu barədə məlumat "OZON Travel" və Renessans Sığorta Qrupunun keçirdiyi sorğunun nəticələri zamanı üzə çıxıb. Sorğu zamanı bəlli olub ki, rusların 53 faizinin səyahət üçün ən çox ehtiyat etdikləri ölkə Birləşmiş Ştatlardır.

Türkiyə Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində əcnəbilərin vətəndaşlıq əldə etməsini çətinləşdirmək niyyətindədir.

Bloomberg yazır ki, dünya ərzaq böhranı ilə üz-üzədir. Müəlliflər planetdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin kəskinləşməsinin əsas amilləri kimi Rusiyanın taxıl sazişindən çıxmasını, Avropa və Amerikada görünməmiş istilər, habelə Hindistanın düyü ixracına tətbiq etdiyi məhdudiyyətləri qeyd edirlər.

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırıb. “Qafqazinfo” xəbər verir ki, “Uber”, “Bolt” və “Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub. Qeyd edək ki, əvvəllər bu məbləğ 1- 1,60 AZN aralığında dəyişirdi.

Əmlak bazarında mövsümə uyğun dəyişikliklər olur. Hər il may ayının sonundan başlayaraq avqustun axırına qədər Bakıda kirayə mənzil bazarında durğunluq yaranır. bu barədə "Trend"ə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Bu gün saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.

Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək. “Qafqazinfo” Lenta.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Dəftərxanası məlumat verib. Bildirilib ki, sammitdə Putini Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Hökumət yataqdakı fəaliyyət və ümumiyyətlə hasilatçı şirkətin yerli əhali ilə işi ilə bağlı tələblər irəli sürüb.