
“Azərbaycanla təhdid dili ilə danışmaq heç bir nəticə verə bilməz” - Rəsmi Bakıdan Fransaya cavab
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Senatda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.










