
“Bu, gözlənilən zəlzələ idi”
“Bu gün baş verən zəlzələ Azərbaycanda iyul ayının 4-də baş verən yerdə və eyni dərinlikdə baş verib”. “Qafqazinfo” xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Eyni yerdə qırılmalar olub. Bu, gözlənilən zəlzələ idi. Zəlzələdən sonra 5 afterşok qeydə alınıb”.









