
Bakıda toz normadan iki dəfə artıqdır
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.7-2 dəfə normadan artıqdır.










