Bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov deyib."Xankəndi ultra marafonu İdman həftəsi çərçivəsində həyata keçirilir. Dünən idman həftəsinə start verildi. Bununla bağlı dünən bir neçə tədbir təşkil olunub və bu, 5 marta qədər də tədbirlər davam edəcək. 5 martda Quba şəhərində parad təşkil olunacaq. Bildiyiniz kimi bütün əhali qurupları nəzərdə tutulub. Burada həm şəhid və qazi övladları üçün xüsusi tədbirlərimiz olacaq. Qanvermə aksiyası olacaq. Xüsusi tələbələr arasında tədbirlər olacaq. Bu tədbirlər qeyd etdiyimiz kimi 5 marta qədər davam edəcək. Bu ultra marafonun iştirakçılarını 4 mart tarixdə hamımız bir yerdə qarşılayacaqyıq" - şöbə müdiri qeyd edib.