“Bakı Metropoliteni”nin dövlətə 17.2 milyon manat vergi borcu var

13 Mart 2024, 10:21
“Bakı Metropoliteni”nin dövlətə 17.2 milyon manat vergi borcu var
“Bakı Metropoliteni”nin dövlətə 17.2 milyon manat vergi borcu var

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu var.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 13.03.2024-cü il tarixinə qədər vergi borcu 17 207 712.24 manatdır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 2 580 638 397 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.