PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1954 xəbər tapıldı

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi
Xəbər

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb. Bildirilib ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Ermənistanın müdafiə qabiliyyətinin gücləndirməsinə Avropa Sülh Fondundan 10 milyon avro ayrılması müzakirə olunacaq
Xəbər

Ermənistanın müdafiə qabiliyyətinin gücləndirməsinə Avropa Sülh Fondundan 10 milyon avro ayrılması müzakirə olunacaq

Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının iyulun 22-də keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlər sırasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması məsələsi də yer alacaq. Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür
Xəbər

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür

İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür. "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir: "Təbii ki, bu da elmə əsaslanmalıdır".

Azərbaycan məktəblərində yenilik
Xəbər

Azərbaycan məktəblərində yenilik

Azərbaycanda rəqəmsal dərsliklər hazırlanacaq. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb. Belə ki, rəqəmsal dərsliklər istifadəyə verilən yeni və təkmilləşdirilmiş kağız dərsliklər əsasında hazırlanacaq.

Müəllimləri yüksək nəticə göstərən şəhər və rayonlar - Siyahı
Xəbər

Müəllimləri yüksək nəticə göstərən şəhər və rayonlar - Siyahı

“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib. O bildirib ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə Sumqayıt şəhərinin müəllimləri orta balı ən yüksək olan müəllimlərdir.

Direktorlar bu müəllimlər arasından seçiləcək
Xəbər

Direktorlar bu müəllimlər arasından seçiləcək

“Növbəti mərhələdə direktor və direktor müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik”. “Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Kredit götürərkən zamin axtarmaq problemi aradan qalxacaq
Xəbər

Kredit götürərkən zamin axtarmaq problemi aradan qalxacaq

Vətəndaş banka kredit üçün müraciət etdikdə bir çox hallarda zamin duran şəxs tələb olunur. Lakin zaman keçdikcə insanlar bir-biri üçün zamin olmaqdan da çəkinirlər. Çünki vətəndaş vəfat etdikdə və ya krediti ödəmədikdə çətinlikdə qalan zaminlər olur. Artıq bu problemin həlli üçün də addımlar atılır. Belə ki, istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması nəzərdə tutulur.

Bakıda taksi xidməti niyə bahalaşıb?
Xəbər

Bakıda taksi xidməti niyə bahalaşıb?

Son aylar Bakıda taksi xidməti göstərən şirkətlərin qiymətləri artırdığı müşahidə olunur. Bahalaşma son günlər xüsusilə hiss olunur, üstəlik taksi sürücüləri sifariş verilmiş ünvana vaxtında çatmırlar.

Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)
Xəbər

Azərbaycan nazirləri hansı universitetləri bitirib? (SİYAHI)

Azərbaycan nazirlərinin içərisində həm Azərbaycan univeritetlərində, həm də dünya universitetlərində təhsil alanlar var. Onlar müxtəlif peşələrə yiyələniblər. İçərilərində, həkim, hüquqşünas, iqtisadçı və s. ixtisaslar üzrə təhsil alanlar var.