“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə Sumqayıt şəhərinin müəllimləri orta balı ən yüksək olan müəllimlərdir.
Həmin rayon və şəhərlər aşağıdakılardır:
1. Sumqayıt;
2. Bakı;
3. Abşeron;
4. Şirvan;
5. Gəncə;
6. Mingəçevir;
7. Siyəzən;
8. Quba;
9. Oğuz;
10. Şabran;
11. Hacıqabul;
12. Xaçmaz;
13. Qazax;
14. Salyan;
15. Zəngilan.
Nazir qeyd edib ki, paralel olaraq Bakı, Abşeron, Şirvan, Gəncə, Mingəçevir, Siyəzən, Quba, Oğuz, Şabran, Hacıqabul, Xaçmaz, Qazax, Salyan və Zəngilan müəllimləri sertifikasiyada yüksək nəticə göstəriblər.