
Bakıda valideynlərdən pul yığan bağça müdiri barəsində cinayət işi başlanıb
Qanunsuz əməllərə yol vermiş müdir barəsində cinayət işi başlanıb. Bu barədə APA-ya Yasamal rayon prokurorluğundan bildirilib.
1936 xəbər tapıldı

Qanunsuz əməllərə yol vermiş müdir barəsində cinayət işi başlanıb. Bu barədə APA-ya Yasamal rayon prokurorluğundan bildirilib.

Türkiyədə prezident seçkiləri daha tez tarixdə keçirilə bilər. “Qafqazinfo” xəbər verir ki, bu, Türkiyə Nazirlər Kabinetinin iclası zamanı bildirilib. Vurğulanıb ki, prezident seçkilərinin daha tez tarixdə keçirilməsi məsələsi müzakirə olunacaq. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb.

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov daha bir vəzifəsini itirib. o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının sədrliyindən də çıxarılıb. Bu barədə hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15.0 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi daha çox ünvanlanan suallardandır.

Qarlı hava şəraiti üzündən Bakıda taksi qiymətləri artıb. Beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.


Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.

"Yaxın vaxtlarda öz tanklarımızı, gəmilərimizi istehsal edəcəyik". “Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkətinin onun əlindən alındığı və adının dəyişdirildiyi təsdiqlənib. Vasif Talıbovun oğlu Rza Talıbovun uzun müddət rəhbərlik etdiyi “Gəmiqaya Holdinq” bundan sonra “Arkoz Holdinq” adlanacaq. Bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi gözlənilir.

Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin "ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən, yalnız minimum əmək haqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də məbləğlərinin artırılması nəzərdə tutulur.