PRESS REVIEW — PRA.AZ
Xəbər

Bakıda hava bu tarixdən dəyişir - Qar dayanacaq

Bakıda hava bu tarixdən dəyişir - Qar dayanacaq

Bu gündən etibarən paytaxta qar yağışı dayanacaq.

Bu gun saat 14:00-dan etibarən havanın nisbətən isinəcəyi, temperaturun 2 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Sabah isə temperatur bir qədər də qalxaraq 5 dərəcəyə çatacaq. 

 

Qeyd edək ki, bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.

Bu xəbəri bəyəndiniz?
Paylaş: